20 May 2024
Ebru Gündəş keçmiş sevgilisi ilə verilişdə üz-üzə gəldi - ANBAAN VİDEO

Ebru Gündəş keçmiş sevgilisi ilə verilişdə üz-üzə gəldi - ANBAAN VİDEO

01 Yanvar 2024
Baxış: 406

"O Səs Türkiyə" hər il olduğu kimi, bu il də Yeni ilə özəl proqramı ilə ekranlara gəlib.

AJMEDİA.İNFO xəbər verir ki, proqramda Türkiyənin məşhur müğənnisi Ebru Gündəşlə bağlı maraqlı anlar yaşanıb.

Belə ki, yarışmada iştirak edən şəxslərdən biri də müğənninin keçmiş sevgilisi aktyor Kerem Alışık olub. Qonaq qismində səhnəyə çıxan Kerem Alışık “Getmə, ağlım seninle” mahnısını ifa edib. Münsiflər kürsüsündə əyləşən Ebru Gündeşin ifa zamanı dərhal ona doğru çevrilməsi və ikisinin bir-birinə nəzər salması diqqətdən yayınmayıb. Kerem Alışık münsiflər heyəti arasında keçmiş sevgilisi Gündeşi seçib. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirələrə səbəb olub.

Xatırladaq ki, 1995-ci ildə "Fırtınalar" serialında birgə rol alan Ebru Gündeş və Kerem Alışıkın dostluğu bir müddətdən sonra eşq macərasına dönüb. Qısa müddətdə bir-birini sevən tərəflər o zamanların əfsanə cütlüyünə çevrilib. Serial bitəndə isə onların sevgisi də bitib. Keçmiş xəbərlərdə cütlüyün ayrılmasına səbəbin qısqanclıq olduğu bildirilib.

(sfera.az)