19 May 2024
Dünyanın ən güclüləri: Siyahıda Türkiyənin 3 PUA-sı var

Dünyanın ən güclüləri: Siyahıda Türkiyənin 3 PUA-sı var

13 Dekabr 2023
Baxış: 490

Dünyanın ən güclü PUA-ları açıqlanıb.
ShiftDelete” portalı siyahını təqdim edib və bu siyahıda Türkiyədən də 3 PUA var.
Həmin siyahını təqdim edirik.

Kratos XQ-58 (ABŞ)

Amerika Hərbi Hava Qüvvələri tərəfindən istehsal edilən bu PUA ucuz başa gələn ağıllı bir sistemdir. Səs sürətindən 0,85 dəfə daha sürətli uça bilən bu PUA 45 min fut yüksəkliyə çata bilir. Heç bir operatora ehtiyac olmadan süni intellektlə uça bilən bu PUA-nın ABŞ-nin gələcək müharibə strategiyasında mühüm rol oynayacağı gözlənilir.

Bayraktar Akıncı (Türkiyə)

Türk mühəndisliyinin məhsulu olan bu PUA Türkiyənin ən qabaqcıl PUA modelidir. NATO və Türkiyə istehsalı olan sursatlarla təchiz edilən bu PUA 24 saat havada qala bilir və fasiləsiz uça bilir. Ehtiyat sistemləri sayəsində havada hər hansı bir problem baş versə, avtonom sistemlərinin köməyi ilə təkbaşına uçmağa davam edə bilir. Bundan əlavə, bu PUA Türkiyənin ilk yerli turbojet mühərriki olan PD-170-lə də uça bilir.

X47-B (ABŞ)

Amerika Hərbi Dəniz Qüvvələri tərəfindən hazırlanmış bu PUA yüksək məxfilik tələb edən missiyalarda istifadə olunur. Radar tərəfindən aşkarlana bilməyən xüsusi boyaya malik olan bu PUA təyyarədaşıyanlardan da qalxıb enmə qabiliyyətinə malikdir. Bu PUA Amerika ordusunun ilk pilotsuz uçuş aparatı kimi tarixə düşüb.

TAI Anka (Türkiyə)

Türkiyənin ilk uzun mənzilli PUA-sı olan bu modelin 5 fərqli variantı var. Davamlı olaraq 30 saat havada qala bilən və 1500 kilometr mənzilli bu PUA Türkiyə Hərbi Hava Qüvvələri və Təhlükəsizlik Baş İdarəsi tərəfindən istifadə edilir.

CAIG Wing Loong-10 (Çin)

Çin istehsalı olan bu PUA həm də “Wind shadow” ləqəbi ilə tanınır. Kabus rejiminə malik olan və radarlar tərəfindən müəyyən edilə bilməyən bu PUA 50 min fut yüksəklikdə uça bilir. Maksimum sürətlə 20 saat, normal sürətlə isə 32 saat havada qala bilir.

MQ-9 Reaper (ABŞ)

Dünyanın bir çox ölkəsi tərəfindən istifadə edilən bu PUA ilk uçuşunu 2001-ci ildə edib. Son 22 ildə özünü davamlı təkmilləşdirən bu PUA 50 min fut yüksəklikdə 14 saat uça bilir. 2000 kilometr mənzilli və 4,5 ton sursat tutumlu bu PUA ABŞ-də ən çox istifadə olunan PUA modelidir.

Bayraktar TB2 (Türkiyə)

Türkiyənin ən çox ixrac etdiyi PUA modeli olan bu PUA Ukrayna-Rusiya və Azərbaycan-Ermənistan münaqişələrində səmərəli istifadə olunub. 18 min fut yüksəklikdə 27 saat qalma qabiliyyətinə malik olan bu PUA 25 min fut yüksəklikdə uça bilir. Yüksək səviyyəli avtonom sistemlərə sahib olan və istənilən problemli hallarda avtonom sistemlərinin köməyi ilə operatorsuz uçuşunu davam etdirə bilən bu PUA Türkiyənin PUA sahəsindəki uğurunun simvolu hesab olunur.

Qeyd edək ki, dünyanın ən güclü PUA-larını müəyyən etmək üçün müxtəlif meyarlardan istifadə olunur. Bu meyarlara uçuş məsafəsi, hündürlük, sürət, sursat tutumu, gizlilik xüsusiyyəti, süni intellekt səviyyəsi və qiymət daxildir.
Xatırladaq ki, PUA Pilotsuz Uçuş Aparatının abreviaturasıdır. PUA-lar adətən bombalar, raketlər və ya TƏİR (Tank əleyhinə idarəolunan raket) kimi təyyarə sursatlarını daşıyan və dron hücumları üçün istifadə edilən bir növ pilotsuz hava vasitəsidir. Bu vasitələr real vaxt rejimində insan nəzarəti altında işləyir və müxtəlif avtonom səviyyələrə malikdir.

Teqlər: PUA