17 May 2024
Dünyanın ən çox ziyarət edilən şəhərləri - SİYAHI

Dünyanın ən çox ziyarət edilən şəhərləri - SİYAHI

11 Mart 2024
Baxış: 388

2023-cü ilin “Dünyanın ən çox ziyarət edilən şəhərləri” siyahısında, Türkiyənin iki şəhəri ilk beşlikdə yer alıb.

AJMEDİA.İNFO “Ölkə.az”a istinadən xəbər verir ki, bu barədə beynəlxalq araşdırma şirkəti “Euromonitor International” 2023-cü ildə ən çox ziyarət edilən şəhərləri açıqlayıb.

Siyahıda birinci yeri İstanbul tutub.

18 milyon 800 min ziyarətçi ilə London ikinci, 16 milyon 800 min ziyarətçi ilə Dubay üçüncü yeri tutub.

Antalya 15 milyon 700 min ziyarətçi ilə siyahıda dördüncü yerdə qərarlaşıb.

Reytinqdə Honq Konq geri düşüb. Koronavirus epidemiyasından əvvəl müntəzəm olaraq dünyanın ən çox ziyarət edilən şəhəri seçilən Honq Konq bu dəfə 6-cı yerdə qərarlaşıb.

Sıralamada TOP10 şəhər aşağıdakı kimidir:

1.İstanbul (Türkiyə),

2.London (İngiltərə),

3.Dubay (Birləşmiş Ərəb Əmirlikləri),

4.Antalya (Türkiyə),

5.Paris (Fransa),

6.Honq Konq (Çin),

7. Banqkok (Tayland),

8. Nyu-York şəhəri (ABŞ),

9.Kankun (Meksika),

10. Məkkə (Səudiyyə Ərəbistanı)