17 May 2024
Dünyanın ƏN BAHALI və ƏN UCUZ şəhərləri - SİYAHI

Dünyanın ƏN BAHALI və ƏN UCUZ şəhərləri - SİYAHI

10 Dekabr 2023
Baxış: 422

Ekspertlər Sinqapuru dünyanın yaşamaq üçün ən bahalı şəhəri adlandırıblar.

AJMEDİA.İNFO xarici mediaya istinadən bildirir ki, bu məlumat “Worldwide Cost of Living Report”un illik reytinqdə öz əksini tapıb.

Cənub-Şərqi Asiyada yerləşən şəhər-dövlət son 11 ildə doqquzuncu dəfə reytinqə başçılıq edir. Sinqapur liderliyi İsveçrənin Sürixilə bölüşüb.

İkinci yeri İsveçrənin Cenevrə və ABŞ-ın Nyu-York şəhərləri tutub.

Siyahıda sonrakı yerləri Honq-Konq (Çin), Los-Anceles (ABŞ), Paris (Fransa), Kopenhagen (Danimarka), Təl-Əviv (İsrail) və San-Fransisko (ABŞ) tutur.

Yaşamaq üçün ən ucuz şəhər Argentinanın Buenos-Ayresi ilə sonuncu yerdə olan Hindistanın Çennau şəhəri olub.

Reytinqdə sonrakı yerləri Laqos (Nigeriya), Əhmədabad (Hindistan), Lusaka (Zambiya), Tunis (Tunis), Daşkənd (Özbəkistan), Karaçi (Pakistan), Tripoli (Liviya), Tehran (İran), Dəməşq (Suriya) tutur.