17 May 2024
Dünyada koronavirusa yoluxma və ölüm sayı yenidən artdı

Dünyada koronavirusa yoluxma və ölüm sayı yenidən artdı

28 Oktyabr 2021
Baxış: 443

Dünyada COVID-19 virusuna yoluxma halları və virusdan ölənlərin sayı son iki ay ərzində ilk dəfədir ki, artmağa başlayıb.

AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə bildirib.

Bunu Avropada qeydə alınan artımın başqa regionlardakı azalmanı üstələməsi ilə izah edən təşkilat rəhbəri əlavə edib:

“Hazırkı rəqəmlər COVID-19 pandemiyasının başa çatmasını söyləməyin hələ çox tez olduğunu göstərir”.