17 May 2024
Dünya yeni təhlükə ilə qarşı-qarşıya: “Delmikron” iki ştammın da xüsusiyyətlərini daşıyır

Dünya yeni təhlükə ilə qarşı-qarşıya: “Delmikron” iki ştammın da xüsusiyyətlərini daşıyır

27 Dekabr 2021
Baxış: 533

Dünyanın bir çox ölkələrində koronavirusun “Omikron” ştammına yoluxma hallarının artması üçüncü və dördüncü dalğa ehtimalını yüksəldib.

AJMEDİA.İNFO xəbər verir ki,Mütəxəssislər “Omikron” ştammının xüsusiyyətlərini araşdırmaqla məşğul olduğu bir vaxtda “Delmikron” adlı cüt variant meydana çıxıb.

Elm adamları “Delta” və “Omikron” adlarının birləşməsindən yaranan yeni variantın ABŞ və Avropadakı COVID-19 sunamisinin əsas səbəbi olduğunu bildiriblər. “Delmikron” adından da göründüyü kimi həm “Delta”, həm də “Omikron” ştammının müxtəlif xüsusiyyətlərini daşıyır.

Qeyd edək ki, “Delmikron” “Alfa”, “Betta”, “Qamma” və digərləri kimi koronavirusun mutasiyaya uğramış yeni bir variantı yox, mövcud olan iki variantın birləşməsidir.