17 May 2024
Dünya əhalisinin sayı 8 milyarda çatdı

Dünya əhalisinin sayı 8 milyarda çatdı

29 Dekabr 2023
Baxış: 357

ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, 2024-cü il yanvarın 1-də dünya əhalisini sayı 8 milyarda çatacaq.


AJMEDİA.İNFO xəbər verir ki, ABŞ Siyahıyaalma Bürosu dünya əhalisinin 2023-cü ildə 75 milyon artacağını və 2024-cü il yanvarın 1-də 8 milyarda çatacağını açıqlayıb.


Qurumun dünən açıqladığı məlumatda qeyd edilir ki, 2023-cü ildə dünya əhalisi 1 faiz artıb, 2024-cü ildə isə dünya üzrə saniyədə 4,3 doğum və 2 ölüm olacaq. Bu proqnoza əsasən, 2024-cü ildə dünyada əhali sayı 72-73 milyon nəfər artacaq. Artım əsasən aşağı inkişaf səviyyəsinə malik ölkələr hesabına baş verəcək.


Dünya əhalisinin sayı 1960-cı ildə 3 milyard nəfərə, 1974-cü ildə 4 milyard nəfərə, 1986-cı ildə 5 milyard nəfərə, 1998-ci ildə 6 milyard nəfərə, 2010-cu ildə 7 milyard nəfərə çatmışdı.