17 May 2024
Dünən açılışı edilən məscid bu gün YANDI - VİDEO

Dünən açılışı edilən məscid bu gün YANDI - VİDEO

13 Yanvar 2024
Baxış: 536

Türkiyənin Rize şəhərində dünən cümə namazı zamanı açılan məscid ildırım vurması nəticəsində yanıb.

AJMEDİA.İNFO xəbər verir ki, Pazar rayonunun Akmescit kəndində 2023-cü ildə başlanan bərpa işlərinin tamamlanmasından sonra dünən səhər saatlarında ibadət üçün açılan tarixi məscidin damına ildırım düşməsi nəticəsində yanğın baş verib.

Məlumata görə, alov sürətlə məscidi bürüyüb. Səhər namazına hazırlaşan kənd sakinləri tərəfindən çağırılan yanğınsöndürmə qrupları yanğını nəzarətə götürüb. Məscidin xalçaları və dam örtüyü yanıb.

Qeyd edək ki, tarixi məscid 1880-1885-ci illər arasında inşa edilib.

Musavat.com