18 May 2024
Dubay Ticarət Palatası İsraildə ofis açacaq

Dubay Ticarət Palatası İsraildə ofis açacaq

08 İyun 2022
Baxış: 416

Çərşənbə axşamı, iyunun 7-də Dubay Ticarət Palatasının üç üzvündən biri olan Dubay Əmirliyi Beynəlxalq Ticarət Palatası Tel-Əvivdə nümayəndəlik açmaq niyyətini açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, məqsəd iki ölkə arasında ticarəti və onların biznes icmaları tərəfindən investisiyaları təşviq etməkdir. Xüsusilə, nümayəndəlik BƏƏ-nin köməyi ilə digər regionlarda israilli investor və sahibkarlara biznes əlaqələrini genişləndirməkdə kömək etmək niyyətindədir.

Eyni zamanda, İsrail 30 prioritet bazardan biri seçildi.

Bu bəyanatlar Palatanın direktoru Həmid Buamimlə İsrailin iqtisadiyyat naziri Orna Barbivai ilə İsrailin BƏƏ-dəki səfirliyinin nümayəndələri arasında keçirilən görüşdə səsləndirilib.

Buamim deyib ki, o, İsrailin yaxın illərdə BƏƏ-nin ən yaxşı 10 ticarət tərəfdaşından biri olmasını gözləyir.


Nəsimi Əbilov