20 May 2024
DTX və DİN-dən Laçında BİRGƏ ƏMƏLİYYAT - MƏHV EDİLDİ

DTX və DİN-dən Laçında BİRGƏ ƏMƏLİYYAT - MƏHV EDİLDİ

21 İyul 2023
Baxış: 574

Laçın Rayon Polis Şöbəsi (RPŞ) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Laçında birgə tədbirlər keçirib, çətənə bitkiləri aşkarlanıb.

Bu barədə AJMEDİA.İNFO-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Laçın RPŞ-nin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları ilə birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Qarıqışlaq kəndinin ərazisində, Həkəri çayının sahilində çətənə bitkiləri aşkar edilib.

Yabanı halda bitən ümumilikdə, çəkisi 2 ton 320 kiloqram olan 5158 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.