17 May 2024
DSX-nin əsgəri VƏFAT ETDİ

DSX-nin əsgəri VƏFAT ETDİ

16 Noyabr 2023
Baxış: 464

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə (DSX) məlumat yayıb.

Bildirilib ki, əsgər Mirhüseyn Həsən oğlu Salmanlı Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq, bu gün xəstəlikdən vəfat edib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.