17 May 2024
DSMF yenə ofis icarəyə götürür – Bu dəfə aylıq 145 min manata

DSMF yenə ofis icarəyə götürür – Bu dəfə aylıq 145 min manata

02 Sentyabr 2023
Baxış: 688

Dövlət Sosial Müdafiə Fondunun keçirdiyi tender müsabiqələrinin qalibləri Abbasov Nurəddin Sovet oğlu (VÖEN - 3401497352) və Həsənova Qaze Həsən qızı (VÖEN - 1600110362) olub.
DSMF fiziki şəxslərdən icarə xidməti satın alacaq.
Belə ki, DSMF N. Abbasova Fond üçün anbar sahəsinin icarəsi xidmətinin satın alınmasına görə 30 min 780 manat (12 aylıq) ödəyəcək. DSMF 500 kv. metr qeyri-yaşayış sahəsi üçün aylıq 2565 manat ödəyəcək.
Q. Həsənova isə DSMF-nin iki ayrı tenderində qalib olub.
Fondun Maddi - Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınmasına görə Q. Həsənova DSMF-dən 1 milyon 668 mim 600 manat (36 aylıq) alacaq. Dövlət Fondu 3000 kv. metr qeyri-yaşayış sahəsi üçün aylıq 46 min 350 manat ödəyəcək.
Fondun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınmasına görə isə DSMF Q. Həsənovaya 3 milyon 481 min 812 manat (36 aylıq) ödəyəcək. DSMF 10 min 300 kv. metr qeyri-yaşayış sahəsi üçün aylıq 96 min 717 manat ödəyəcək. yeniavaz.com