18 May 2024
Döyüldüyü deyilən icra başçısının həyat yoldaşı işdən çıxarıldı -FOTO

Döyüldüyü deyilən icra başçısının həyat yoldaşı işdən çıxarıldı -FOTO

23 İyun 2023
Baxış: 535

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun həyat yoldaşı Nərmin Seyidova vəzifəsindən azad edilib.

AJMEDİA.İNFO Pravda.az-a istinadən xəbər verir ki, o, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışırdı.

Məlumata görə, sözügedən vəzifəyə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, vəzifəsindən azad edilən Nərmin Seyidovanın həyat yoldaşı Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun rayonda vətəndaş qəbulu keçirdiyi zaman döyüldüyü haqqda məlumat yayılıb.

Məsələ ilə bağlı verilən rəsmi açıqlamada məlumat təkzib edilib.

Nərmin Seyidova “Rabitəbank”da vəzifəyə təyin olundu