3 bürc üçün möhtəşəm zaman gəlir – Çətin amma uğurlu dövr...
20 dəqiqə əvvəlDİQQƏT: Sabah saat 08:00-dan 18:00-dək...
11 İyul 2022
Baxış: 385
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-13-cü kilometrlik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar 11 iyul tarixində saat 08:00-dan 18:00-dək yolun qeyd edilən hissəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, təmir-bərpa işləri aparılan ərazidə əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir.