18 May 2024
DİN vətəndaşlara XƏBƏRDARLIQ ETDİ

DİN vətəndaşlara XƏBƏRDARLIQ ETDİ

29 Noyabr 2023
Baxış: 387

Daxili İşlər Nazirliyi (DİN) kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib.

AJMEDİA.İNFO xəbər verir ki, məlumatda kart məlumatlarının məxfi saxlanılmasının zəruri olduğu bildirilib.

Eyni zamanda vətəndaşlardan özlərini dələduzlardan qoruması istənilib: "Heç bir halda bank məlumatlarınızı digər şəxslərə təqdim etməyin. Kartdan-karta pul köçürərkən kartın üzərindəki 16 rəqəmli nömrədən başqa məlumatları göndərməyin. Bank kartında şəxsi məlumatları qorumaq vətəndaşın öhdəliyidir.

Kiberdələduzların qurbanına çevirilməmək üçün tanımadığınız şəxslərdən gələn mesajları və bildiriçləri açmayın. DİN vətəndaşları ayıq-sayıq olmağa, bu kimi detalları diqqətdə saxlamağa çağırır”.