17 May 2024
DİN-dən “Instagram” istifadəçilərinə XƏBƏRDARLIQ - FOTO

DİN-dən “Instagram” istifadəçilərinə XƏBƏRDARLIQ - FOTO

09 Sentyabr 2021
Baxış: 510

Son günlərdə İnstaqram platformasında insanları aldadan dələduzlar peyda olub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, sosial mediada, əsasən İnstaqram platformasında yaradılmış saxta (məs: giveaway qalibləri) səhifələrdən vətəndaşların istifadə etdikləri sosial media hesablarının mesaj bölməsinə yazaraq iştirak etdikləri “giveaway” adlı yarışların qalibi olduqları barədə məlumat verilir.

Belə ki, hədiyyənin çatdırılması üçün onların bank hesablarına ödəniş edilməsi tələbi hallarına rast gəlinir.

Nazirlik vətəndaşların bu tipli mesajlara inanmamasını və heç bir halda ödəniş etməmələrini tövsiyə edir.