16 May 2024
Diaspor nümayəndələrinin dumanlı Şuşaya səfəri başa çatıb

Diaspor nümayəndələrinin dumanlı Şuşaya səfəri başa çatıb

08 Sentyabr 2022
Baxış: 400

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə tətillərini Azərbaycanda keçirməyə üstünlük verən 19 ölkədən 70-ə yaxın diaspor nümayəndəsinin Şuşaya növbəti səfəri başa çatıb.

AJMEDİA.İNFO xəbər verir ki, komitədən verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsi 2021-ci ildə dörd dəfə (27 iyul, 17 avqust, 9 oktyabr və 2 dekabr), 2022-ci ildə iki dəfə (26 iyul və 17 avqust) diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib.

Нет описания.

Ölkəmizin mədəniyyət paytaxtına aparan yol boyu əllərində Azərbaycan bayraqlarını dalğalandıran soydaşlarımız öz sevinclərini Qarabağa həsr olunmuş xalq və bəstəkar mahnılarını birgə oxumaqla nümayiş etdiriblər.

Нет описания.

Səfərin sonunda ənənəyə uyğun olaraq diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağı açıb, “Qarabağ Azərbaycandır! Şüarını səsləndirib və “Yallı” sədaları altında rəqs ediblər. Onlar bu xoşbəxtliyi xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər.

Нет описания.

Qeyd edək ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələrdə xaricdə yaşayan soydaşlarımızın hər il tarixi vətənlərini, xüsusilə də azad edilmiş torpaqlarımızı ziyarət etməsinin önəminə diqqət cəlb edilmişdi.