17 May 2024
“Desəm ki, bu dəqiqə uşaqpulu veriləcək, yalançı olaram, amma...” – Deputatdan XOŞ XƏBƏR

“Desəm ki, bu dəqiqə uşaqpulu veriləcək, yalançı olaram, amma...” – Deputatdan XOŞ XƏBƏR

06 İyun 2022
Baxış: 389

Azərbaycanda uşaqpulunun verilməsi məsələsi yenidən gündəmə gəlib.

Məsələ illərdir həm sosial mediada, həm də Milli Məclisdə müzakirə edilməsinə baxmayaraq, bu yöndə müsbət nəticə əldə olunmayıb.

AJMEDİA.İNFO xəbər verir ki, Millət vəkili Aqil Abbas Gündəm.az-a açıqlamasında bildirib ki, hökumət məsələnin optimal həlli ilə bağlı müzakirələr aparır:

“Lakin məsələnin dəqiq hansı zaman kəsiyində həll olunacağını bilmirəm. Ölkəmiz müharibədən yeni çıxıb, o qədər problemlər var ki... Desəm ki, bu dəqiqə uşaq pulu veriləcək, yalançı olaram. Hesab edirəm ki, bu haqda fikirləşirlər və qısa zamanda uşaq pulununin bərpa edilməsi istiqamətində müvafiq qərar veriləcək”.