18 May 2024
Dərman qıtlığı malyariyanın fəsadlarını artırdı

Dərman qıtlığı malyariyanın fəsadlarını artırdı

06 Dekabr 2021
Baxış: 473

2020-ci ildə koronavirus pandemiyasının səbəb olduğu dərman qıtlığı dünyada malyariya xəstəliyindən ölüm hallarını xeyli artırıb.

AJMEDİA.İNFO Ümumdünya Səhiyyə Təşkilatının hesabatına istinadən xəbər verir ki, bütövlükdə ötən il malyariyaya 241 milyon nəfər yoluxub və həmin xəstəlikdən 627 min nəfər ölüb. O cümlədən 50 minədək ölüm halı “pandemiya dövründə malyariyanın profilaktikası, müayinə və müalicəsilə bağlı yol verilən fasilələr”in nəticəsidir.

Yoluxmaların 95 faizi, ölümlərin isə 96 faizi Afrika ölkələrinin payına düşür. Bundan əlavə, ölənlərin 80 faizə qədəri 5 yaşınadək uşaqlardır.

Teqlər: koronavirus