17 May 2024
Deputat qardaşı Qubad İbadoğlunun həbsindən danışdı - İncikliyini gizlədə bilmədi

Deputat qardaşı Qubad İbadoğlunun həbsindən danışdı - İncikliyini gizlədə bilmədi

26 İyul 2023
Baxış: 435

“Qubad bəyin qəbul etdiyi dərman ləvazimatlarının mütəmadi təminatı üçün müvafiq dövlət qurumları ilə təmaslarımı gücləndirərək bu məsələdə də nə mümkündür edəcəyəm”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov feysbuk səhifəsində yazıb.

Qardaşı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsinə münasibət bildirən deputat qeyd edib ki, son bir həftə ərzində xarici səfərdə olduğu üçün məsələ ilə bağlı medianın suallarını cavablandırmaq imkanı olmayıb: “Bu gündən Bakıdayam, yenə də hörmətli jurnalistlərin fərqli mövzular üzrə suallarını cavablandıra biləcəyəm. Qeyd edim ki, ölkədən kənarda olduğum müddətdə cəmiyyətdə ciddi qəbul olunmayan bir sıra fiqurlar və xəbər portalları tərəfindən yayılan spekulyativ açıqlamalar sadəcə təəssüf doğurur.

İnanırıq ki, araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək. Eyni zamanda, Qubad bəyin qəbul etdiyi dərman ləvazimatlarının mütəmadi təminatı üçün müvafiq dövlət qurumları ilə təmaslarımı gücləndirərək bu məsələdə də nə mümkündür edəcəyəm.

Allah bütün məhbusların qapısını açsın”.