06 May 2024
Deputat meyxanaçı Rəşad Dağlının dindarlardan üzr istəməsi barədə: “Diqqətli olmaq lazımdır”

Deputat meyxanaçı Rəşad Dağlının dindarlardan üzr istəməsi barədə: “Diqqətli olmaq lazımdır”

16 May 2022
Baxış: 657

“Əvvəllər də bunu qeyd etmişəm ki, dini məsələlərdə hər kəs çox həssas və diqqətli olmalıdır. Baş verən proseslər göstərir ki, dinlə bağlı səsləndirilən fikirlər, irəli sürülən tənqidlər cəmiyyətdə ciddi narazılıq doğurur. Bu səbəbdən də hesab edirəm ki, bizim media, mətbuat kimliyindən asılı olmayaraq dini şəxsiyyətlərə, dini liderlərə qarşı münasibətdə diqqətli olmalıdır”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Pravda.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov meyxanaçı Rəşad Dağlının Ayətullah Xameneyni ilə bağlı səsləndirdiyi fikrə görə üzr istəməsinə münasibət bildirərkən deyib.

“Bugün Xameneyinin müsəlman dünyasında, İranda, Azərbaycanda və bir sıra digər ölkələrdə böyük nüfuzu var. Bu nüfuz isə kifayət qədər böyükdür. Bu baxımdan hər kəs öz çıxışlarında, yanaşmasında bunları nəzərə almalıdır. Ümumiyyətlə, müxtəlif çıxışlarda, mediada dini liderlərin, dini şəxslərin hədəf göstərilməsi tamamilə yalnış addımdır. Dini şəxsiyyətlərə hörmətli və həssas şəkildə yanaşmaq vacibdir. Meyxanaya diqqətlə qulaq asdım, hesab edirəm ki, bu, düzgün yanaşma deyildi və düzgün olmayan ifadələr vardı. Bu baxımdan bilməliyik ki, din məsələsi siyasi məsələ deyil, din məsələsi kifayət qədər həssas məsələdir. Yəni bəzən dinlə bağlı səsləndirilmiş hər hansı yalnış, tənqidi fikir çox ciddi qarşıdurmalara səbəb ola bilər. Hər kəs də sonradan xoşagəlməz hallarla rastlaşmaması üçün bunu nəzərə almalıdır. Biz insanların bu hadisələrə olan reaksiyalarını görürük, təbii ki, bu dindarların reaksiyalarıdır. Onlar da bu məsələlərə qarşı çox həssasdırlar”.