18 May 2024
Deputat maaşını seçicilərə bağışladı - QALMAQAL YARANDI

Deputat maaşını seçicilərə bağışladı - QALMAQAL YARANDI

17 Yanvar 2022
Baxış: 386

Argentinalı iqtisadçı Xavyer Miley seçki kampaniyası vaxtı verdiyi vədə əməl edib.

AJMEDİA.İNFO-nun xəbərinə görə, ultrasağçı namizəd seçiləcəyi təqdirdə ilk maaşını seçicilərə paylamağa söz vermişdi.

Nəhayət o, sözünü tutub və canlı yayımda çəkiliş vasitəsi ilə ilk maaşını bir seçiciyə verib. Çəkilişdə 1 milyon nəfər iştirak edib. Deputatın maaşı 200 000 pesodur (təxminən 3500 AZN).

Lakin əsl həngamə bundan sonra qopub. Parlamentin intizam komissiyası deputatı öz maaşını bəyan etməklə məxfi məlumatı paylaşmaqda ittiham edib./Lent.az