06 May 2024
Deputat Goranboyda qazinin toyunda iştirak etdi - FOTOLAR

Deputat Goranboyda qazinin toyunda iştirak etdi - FOTOLAR

29 İyul 2022
Baxış: 384

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərə göstərdiyi xüsusi diqqət və qayğısı ilə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, Milli Məclisin deputatı Anar Məmmədov tərəfindən şəhid ailələri və qazilərə xüsusi diqqət yetirilir, onların müraciətlərinə həssas və operativ yanaşılır.

Ötən gün deputat Anar Məmmədov Goranboy rayonunda Vətən müharibəsi qazisi Elnur Xəlilovun toyunda iştirak edib, qazimizi toy günü münasibətilə təbrik edib, yeni ailə həyatı quran gənclərə xoşbəxtlik arzulayıb. Toy mərasimində qazinin döyüş yoldaşları, şəhid ailələrinin üzvləri, rayon ağsaqqalları və ziyalıları iştirak edib.

Onu da qeyd edək ki, 44 günlük şanlı Vətən müharibəsində döyüş əməliyyatlarının həyata keçirilməsi zamanı zabit kimi fəal iştirak edən Elnur Xəlilov yaralanmış və göstərdiyi xidmətlərə görə “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Yeni Gündəm