19 May 2024
“Dəmir yumruq yerindədir, bunu heç kəs unutmasın!” Adil Əliyev

“Dəmir yumruq yerindədir, bunu heç kəs unutmasın!” Adil Əliyev

27 Noyabr 2021
Baxış: 1330

Bu gün gənc heykəltəraş Tamerlan Mirzəliyevi Milli Məclisdə qəbul edərkən, Vətən müharibəmizin simvolu olan “Dəmir yumruq” eksponatını təqdim etdi. Möhtəşəm Qələbəmizlə yekunlaşan Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Azərbaycan Ordusu tərəfindən həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində əzəli və əbədi torpaqlarımız düşmən işğalından birdəfəlik azad edildi. Dövlət başçımızın dediyi kimi “Dəmir yumruq yerindədir, bunu heç kəs unutmasın!”Dosta güvən, düşmənə qorxu verir.

Allah şəhidlərimizin ruhunu şad eləsin.

Adil Əliyev Milli Məclis sədrinin müavini