17 May 2024
Dəhşətli qəzaya düşən bloger "Nikosayağı"nın atasından AÇIQLAMA: "Renaimasiyadadır, dostu isə..."

Dəhşətli qəzaya düşən bloger "Nikosayağı"nın atasından AÇIQLAMA: "Renaimasiyadadır, dostu isə..."

15 Avqust 2023
Baxış: 417

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin törətdiyi qorxunc yol-nəqliyyat hadisəsi ilə bağlı atası məlumat verib.

AJMEDİA.İNFO xəbər verir ki, blogerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov Oxu.Az-a açıqlamasında oğlunun hazırda reanimasiyada olduğunu bildirib:

“Nicatın qolu amputasiya olunub. Hələ ki reanimasiyadadır. Hadisədən biz sonradan xəbər tutduq. O, dostu ilə şəhərə gedirmiş, TIR-ın altına giriblər. Mərdəkan tərəfdən gəlirmişlər. Maşında iki nəfər olublar. Dostu rəhmətə gedib. Allah rəhmət eləsin!”

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başladılıb.