16 May 2024
Danimarka Ukraynaya gəmi əleyhinə “Harpun” raketləri verəcək

Danimarka Ukraynaya gəmi əleyhinə “Harpun” raketləri verəcək

24 May 2022
Baxış: 405

Danimarka hakimiyyəti Ukraynaya "Harpun” gəmi əleyhinə raket və buraxılış qurğuları verəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

Pentaqon rəhbəri Kiyevə hərbi yardım göstərmək üçün Qərb ölkələri tərəfindən yaradılan təmas qrupunun ikinci onlayn iclasının yekunları üzrə danışarkən bildirib ki, 20-yə yaxın ölkə Ukrayna paytaxtına göndərəcəyi yardım paketini açıqlayıb.

"Mən bu gün Ukraynaya sahillərini müdafiə etmək üçün "Harpun” buraxılış qurğusu və raketlər təqdim edəcəyini elan edən Danimarkaya xüsusilə minnətdaram”, - Ostin bildirib.7NEWS.Az