21 May 2024
Dahi şairin məzarı ətrafına kim qənim kəsildi? - VİDEO

Dahi şairin məzarı ətrafına kim qənim kəsildi? - VİDEO

08 Yanvar 2022
Baxış: 528

Görkəmli şair Mirzə Ələkbər Sabirin məzarı ətrafındakı ağaclar kəsilib, yaxınlıqdakı qəbirlərə hörmətsizlik edilib.

AJMEDİA.İNFO xəbər verir ki,Hadisə Şamaxının tarixi “Yeddi Günbəz” qəbiristanlığında qeydə alınıb.

Mədətovlar ailəsi iki gün öncə yaxınlarının məzarını ziyarət gələrkən üzücü hadisə ilə rastlaşıblar. Onlar məzarlıqdakı dəmir arakəsmələrin naməlum şəxslər tərəfindən aparıldığına şahid olublar.

Zərərçəkən Atabəy Mədətov deyir ki, hər hansı insanla ədavəti olmayıb. Bu, yalnız oğurluq hadisəsidir. Bununla bağlı hüquq-mühafizə orqanlarına da məlumat verəcəklərini bildiriblər.

Daha ətraflı Baku TV-nin süjetində: