20 May 2024
Daha bir qazinin özünə qəsd etməyə çalışdığı deyilir

Daha bir qazinin özünə qəsd etməyə çalışdığı deyilir

24 İyul 2023
Baxış: 544

Daha bir Vətən müharibəsi iştirakçısının intihara cəhd etdiyi deyilir.
Bu barədə jurnalist Həbib Müntəzir sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, Vətən müharibəsi iştirakçısı, hərbi xidmət əlili, Tovuzun Hacalı kənd sakini, qazi Babayev Amin Akif oğlu dərman içərək canına qəsd edib.
Məlumata görə, qazinin dizinə dəmir protez qoyulub:
"Onun dizində çürümə gedirmiş. Qazinin 1 ildən çoxdur əlillik dərəcəsini ala bilmədiyi deyilir".
Qazinin son vəziyyəti və əlillik ala bilməməsi ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib.yeniavaz.com