19 May 2024
Daha bir "müəllim skandalı": Bu dəfə 179 saylı məktəbin müəllimləri "konsert" verdi

Daha bir "müəllim skandalı": Bu dəfə 179 saylı məktəbin müəllimləri "konsert" verdi

12 İyun 2023
Baxış: 562

Sosial şəbəkələrdə müəllimlərlə bağlı daha bir skandal video yayılıb.

Bu dəfə Binəqədi rayonunun 179 saylı məktəbinin qadın müəllimləri ölkənin rayonlarının birində maşını saxlayaraq yolun ortasında çal-çağır janrında əylənmə həyata keçiriblər. Videodan da göründüyü kimi, müəllimlərdən biri kefli vəziyyətdə yolun ortasında oynayır və həyatına təhlükə yaradacaq şəkildə avtomobilin qarşısına çıxır.

İddialara görə, qadın müəllimlər rayonlardan birinə (Quba) tətilə gediblər və geri dönüş zamanı spirtli içki qəbul edərək bu videoda görünən vəziyyəti yaradıblar.

Ümid edirik, Təhsil Nazirliyi məsələyə münasibət bildirəcək. musavat.com