06 May 2024
"Daha Azərbaycana rüsum ÖDƏMƏYƏCƏYİK” - İRAN RƏSMİSİ

"Daha Azərbaycana rüsum ÖDƏMƏYƏCƏYİK” - İRAN RƏSMİSİ

08 Oktyabr 2021
Baxış: 889

“İranla Ermənistan arasındakı alternativ marşrut bir ay sonra fəaliyyətə başlayacaq”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İRNA-ya açıqlamasında İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xadimi açıqlayıb.

Nazir müavini bildirib ki, Gorusla Qafan arasındakı yolun Azərbaycan torpaqlarından keçməsi səbəbindən alternativ marşrut axtarışında olublar:

“İrana məxsus yük maşınları üçün 21 kilometrlik marşrutda ortaya çıxan problem həllini tapır. Ondan sonra Azərbaycana rüsum verməyə ehtiyac olmayacaq”.