06 May 2024
Daha 56 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü - SON STATİSTİKA

Daha 56 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü - SON STATİSTİKA

11 Aprel 2023
Baxış: 253

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə AJMEDİA.İNFO-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 56 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 85 nəfər isə sağalıb. Son sutka ərzində 1 nəfər koronavirusdan ölüb.

İndiyədək ölkədə ümumilikdə 830 423 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 755 nəfər müalicə olunaraq sağalıb, hazırda 470 aktiv xəstə var. Bu günə qədər 10 198 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 463, bu günə qədər isə ümumilikdə 7 570 522 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 204 nəfər vaksinasiya olunub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 957 633 olub.