17 May 2024
Corc Qafarovdan onu qınayanlara CAVAB: "Roza Zərgərli mənə ev almayıb..."

Corc Qafarovdan onu qınayanlara CAVAB: "Roza Zərgərli mənə ev almayıb..."

06 İyul 2022
Baxış: 477

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Soial Xidmətlər Agentliyinin məlumatına görə, Corc Qafarova 04.07.2022-ci il tarixində Abşeron rayonunda yerləşən yeni yaşayış kompleksindən 1 otaqlı mənzil təqdim olunub.

AJMEDİA.İNFO-nun məlumatına görə, gənc aktyorun evlə təmin olunması sosial şəbəkələrdə gündəm mövzusuna çevrilib. Belə ki, istifadəçilər Corcun evlə təmin olunmasına sərt reaksiya veriblər.


Çox keçməyib ki, Qafarov "Instagram" hesabından ev məsələsinə aydınlıq gətirərək, onu qınayanlara cavab verib:

“Roza xanım məni rəsmi olaraq övladlığa götürməyib, mənə ev almayıb, bacardığı qədər əlimdən tutub, kömək edib. Mən və qardaşım evimizin olmadığına görə Sosial Xidmətlər Agentliyinə müraciət etmişdik, qurum da mənim və qardaşımın uşaq evində böyüdüyümüzü, dövlətin himayəsində təhsil aldığımızı və valideynimizi itirdiyimizi araşdırdıqdan sonra bizi mənzillə təmin etdi”.