20 May 2024
Con Kerri iyulun 16-19-da Çinə səfər edəcək

Con Kerri iyulun 16-19-da Çinə səfər edəcək

12 İyul 2023
Baxış: 522

ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, sabiq dövlət katibi Con Kerri iyulun 16-19-da Çinə səfər edəcək. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Kerri Çinin iqlim dəyişikliyi məsələləri üzrə xüsusi nümayəndəsi Se Çjenxua ilə görüşəcək.

Daha əvvəl Kerri jurnalistlərə Çinə gedə biləcəyini söyləmişdi. O demişdi ki, səfər zamanı metan emissiyalarının azaldılması, Çində kömürdən istifadənin azaldılması, eləcə də meşələrin qırılması ilə bağlı məsələləri müzakirə etmək istərdi.

Xatırladaq ki, iyunun 18-19-da ABŞ Dövlət katibi Antoni Blinken, iyulun 6-9-da maliyyə naziri Janer Yellen Çində səfərdə olub.

Teqlər: