16 May 2024
Co Baydendən Yəhudi soyqırımı ilə bağlı BİABIRÇI SƏHV - VİDEO

Co Baydendən Yəhudi soyqırımı ilə bağlı BİABIRÇI SƏHV - VİDEO

14 İyul 2022
Baxış: 372

ABŞ prezidenti Co Bayden İsrailə səfər edib.

AJMEDİA.İNFO xəbər verir ki, C. Bayden Tel-Əvivdəki çıxışında Holokostla bağlı kobud səhvə yol verib.

Belə ki, o şərəf və dəhşət sözlərini qarışdıraraq “Mən Holokostun həqiqətini və şərəfini yaddaşımda saxlamağa davam edirəm...” deyib. Sonra "Holokost dəhşətlərini" deyərək səhvini düzəldib.

Qeyd edək ki, bu, ABŞ Prezidentinin ilk belə səhvi deyil. Mart ayında Senatda çıxışı zamanı o, Ukrayna sakinlərini iranlı adlandırıb. Həmçinin Ağ Evdə müsəlmanların müqəddəs ayı olan Ramazanın başa çatması ilə bağlı tədbirdə çıxış edən Ağ Ev rəhbəri özünü Delaver ştatının senatoru adlandırıb. NATO sammitindən sonra Madriddə keçirilən mətbuat konfransında isə İsveçlə İsveçrəni qarışdırıb.

(sfera.az)