19 May 2024
Co Bayden eyni səhvi 3-cü dəfə etdi - VİDEO

Co Bayden eyni səhvi 3-cü dəfə etdi - VİDEO

12 Yanvar 2022
Baxış: 403

ABŞ Prezidenti Co Bayden növbəti dəfə vitse-prezident Kamala Harrisi dövlət başçısı adlandırıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumatı “Fox News” telekanalı yayıb.

Hadisə Baydenin Atlanta Universitet Mərkəzində çıxışı zamanı baş verib.

“Ötən həftə Prezident Harris və mən Kapitolidə tariximizi “əvvəl və sonra”ya ayıran anlardan birini müzakirə edirdik (burada söhbət 2021-ci il 6 yanvar hadisələrindən gedir – red.)”, – deyə Bayden söyləyib.

Bu, artıq üçüncü dəfədir ki, ABŞ Prezidenti eyni səhvə yol verir. Bundan əlavə, Bayden Rusiya Prezidenti Vladimir Putinin soyadını səhv tələffüz edib, “vaksinasiya” və “eskalasiya” sözlərini, eləcə də Suriyanı Liviya, İraqı isə İranla səhv salıb.

(qafqazinfo)

Teqlər: Co Bayden