17 May 2024
“Cinsi seçimə qarışan ana da, ata da məsuliyyətə cəlb edilsin” - Fazil Mustafa

“Cinsi seçimə qarışan ana da, ata da məsuliyyətə cəlb edilsin” - Fazil Mustafa

27 Dekabr 2021
Baxış: 699

“Hesab edirəm ki, bizdə gender bərabərliyi problemi mahiyyətcə gender mədəniyyəti problemidir. Daha çox gender mədəniyyəti problemi müzakirə edilməlidir”.

AJMEDİA.İNFO Teleqraf.com-a istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisdə “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqında” (2020-ci il) hesabatının müzakirəsi zamanı deyib.

"Bir ayağımız Asiya, bir ayağımız Avropada üstəlik bir ayağımızda mental dəyərlər içində olduqca problemi həll edə bilməyəcəyik. Nazirlər Kabinetinin müvafiq sərəncamı var. Bu sənəd 2020-2025-ci illərdə cinsi seçimin qarşısını almağa hesablanıb. Bizdə 100 qız uşağına qarşı 114 oğlan uşağı doğulur. Cinayət Məcəlləsinin 154-cü maddəsində cinsi ayrı-seçkiliyə görə məsuliyyət nəzərdə tutur. Məncə, cinsi seçimə qarışan həm ana, həm də ata məsuliyyətə cəlb edilməlidir”, - deyə qeyd edib.

Deputat bildirib ki problemin həlli üçün ilk olaraq uşaqlardan başlamaq lazımdır.

“İnsan amilinə münasibət dəyişmədikcə bu problemlə üzləşəcəyik”,-F. Mustafa bildirib.