19 May 2024
Ciddi münasibətlərdən qaçan bürclər - Onlar tənhalığı SEVİRLƏR

Ciddi münasibətlərdən qaçan bürclər - Onlar tənhalığı SEVİRLƏR

20 Dekabr 2023
Baxış: 367

Bəzi insanlar uzunmüddətli münasibətlərdən çəkinirlər. Onlar aşiq olsalar belə, ciddi əlaqələrdən uzaq durur, azadlıqlarına üstünlük verirlər.

AJMEDİA.İNFO bu dəfə ciddi münasibətlərdən uzaq olan bürclərlə bağlı məlumatı təqdim edir.

Əkizlər bürcü - Yeni şeylər sınamağı və yeni yerlər görməyi sevirlər. Onlar sosiallaşaraq özlərini təkmilləşdirirlər. Ancaq ciddi münasibətlərə gəldikdə, həmişə bir addım geridə qalırlar. Bunun azadlıqlarını məhdudlaşdırdıqlarını düşünürlər.

Qız bürcü - Münasibətlərdə çox seçici olur, həmişə mükəmməllik axtarırlar. O, həyatındakı insanın ideal olmasını istəyirlər. Buna görə də ehtiyac duyduqları şeyə sahib olmadıqca ciddi əlaqələrdən kənarda dururlar. Qız bürcünün nümayəndələri adətən hər kəsə qarşı tənqidi yanaşırlar. Bu vərdişlər çox vaxt onların tək qalmasına səbəb olur.

Tərəzi bürcü - Çox qərarsızdırlar. Onlar demək olar ki, heç vaxt eyni anda bir şeyə bağlı qala bilməzlər. Bu səbəbdən yalnız özləri və partnyorlarının mövcud olduğu bir həyata uyğunlaşmaları çətindir. Tərəzilərin münasibətlərində qərar verən tərəf həmişə qarşısındakı insanlardır.

Oxatan bürcü - Ən azad ruhlu bürclərdən biridir. Onlar kiməsə bağlanmaqdan qorxurlar. Əkizlər kimi Oxatanlar da məhdudlaşdırılacaqlarını düşündükləri üçün ciddi münasibət qurmaq istəmirlər. Oxatanlar təkbaşına xoşbəxt olan bürclərdir.

Dolça bürcü - İdeal partnyor tapmaqda çətinlik çəkirlər, çünki onların qeyri-real gözləntiləri var. Ən kiçik problemin yarandığı anda əlaqəni elə oradaca bitirirlər. Bu, onların münasibətlərini davam etdirmələrini çətinləşdirir.

Qoç, Buğa, Xərçəng, Şir, Əqrəb, Oğlaq və Balıqlar isə sevgiyə dəyər verdikləri və partnyorlarından uzaq durmaq istəmədikləri üçün uzun davam edən əlaqələrdə uğur qazanırlar.