21 May 2024
Çexiya Çinin Ukrayna münaqişəsində vasitəçi olmasına qarşı deyil

Çexiya Çinin Ukrayna münaqişəsində vasitəçi olmasına qarşı deyil

02 Aprel 2023
Baxış: 466

Dünya Rusiyanın Ukraynaya təcavüzünü dayandırmaq üçün bütün diplomatik vasitələrdən istifadə etməlidir. Çin Ukrayna ilə Rusiya Federasiyası arasında vasitəçi olsa belə.

Bunu Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib.

Onun sözlərinə görə, NATO Ukraynada vəziyyətin gərginləşməməsi üçün hər şeyi edir: “Alyans münaqişəyə qarışmaq istəmir. Ona görə də Ukraynaya silah və humanitar yardım göstərməyi daha məntiqli hesab edirik. Diplomatik danışıqlardan çəkinməmək vacibdir.

Vasitəçi qismində Qərb və ya Rusiyaya yaxın ola biləcək dövlətlər olacaq, fərqi yoxdur. Bütün dünya bu dəhşətə tez bir zamanda son qoymaq üçün əlindən gələni etməlidir. Bunu bacaran varsa, ona dəstək olacam. Çinin olub-olmaması mənim üçün əhəmiyyət kəsb etmir”.

Teqlər: