17 May 2024
Cəsarət Valehova yeni VƏZİFƏ VERİLDİ

Cəsarət Valehova yeni VƏZİFƏ VERİLDİ

15 Dekabr 2023
Baxış: 455

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun keçmiş müdiri, tanınmış jurnalist Cəsarət Valehova yeni vəzifə verilib.

AJMEDİA.İNFO Bakupost.az-a istinadən xəbər verir ki, Elm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə o, Azərbaycan Respublikasının Təhsil İnstitutuna direktor müavini təyin olunub.


Qeyd edək ki, bir neçə gün əvvəl nazirliyin aparatının strukturunda dəyişiklik edilib, yeni təyinatlar olub.

C.Valehovun adı Elm və Təhsil Nazirliyində vəzifəyə yeni təyin olunan şəxslərin siyahısında yer almayıb.

Dəyişikliyə əsasən, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb və ora Səbuhi Rzayev müdir təyin olunub.