18 May 2024
Cəhənnəmi görən qadından ŞOK İDDİA: “Bir otağa girdim, iblislər insanlara..."

Cəhənnəmi görən qadından ŞOK İDDİA: “Bir otağa girdim, iblislər insanlara..."

26 Noyabr 2021
Baxış: 682

Keti Makdaniel adlı amerikalı qadın 2000-ci ildə ağciyər çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilib. Vəziyyəti pisləşən Makdaniel uzun müddət reanimasiyada qaldıqdan sonra komaya düşüb.

AJMEDİA.İNFO Teleqraf.com-a istinadən xəbər verir ki, sağaldıqdan sonra komada yaşadıqlarını danışan qadın cəhənnəm və cənnəti gördüyünü iddia edib.

Keti əvvəlcə qaranlıq yerə getdiyini, daha sonra isti, dumanlı və boğucu hava ilə üzləşdiyini bildirib. Hazırda 75 yaşında olan Keti iblislərin cəhənnəmdə insanlara işgəncə verdiyini deyib.

“Gördüyüm mənzərə həqiqətən qorxunc idi”, – qadın söyləyib.

Keti həmçinin əlləri bir-birinə bağlanmış vəziyyətdə duran iblislə üz-üzə gəldiyini də iddia edib.

Teqlər: Cəhənnəm