19 May 2024
Çavuşoğlu və Lavrov Cənubi Qafqazı müzakirə etdilər

Çavuşoğlu və Lavrov Cənubi Qafqazı müzakirə etdilər

02 Dekabr 2021
Baxış: 413

Dekabrın 2-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Stokholmda keçirilən iclası çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

AJMEDİA.İNFO xəbər verir ki, XİN rəhbərləri ikitərəfli məsələlər, həmçinin regional problemlər, o cümlədən Cənubi Qafqazda vəziyyətin daha da sabitləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Bununla yanaşı, görüş zamanı Suriya, Liviya, Ukrayna kimi bölgələrdə cərəyan edən proseslər də müzakirə olunub.