17 May 2024
“Camaat bu seriallara baxıb bizə tüpürür” – Şeyx "OD PÜSKÜRDÜ"

“Camaat bu seriallara baxıb bizə tüpürür” – Şeyx "OD PÜSKÜRDÜ"

22 Aprel 2023
Baxış: 352

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Prezidentin kinonun inkişafı üçün ayırdığı pulun aidiyyəti üzrə xərclənmədiyini iddia edib.

AJMEDİA.İNFO xəbər verir ki, Yenisabah.az-a danışan rejissor pulun kinostudiyaya gəlib çatmadığını deyib:


“Bu gün hansı məmuru dindirirsən məlum olur ki, arxasında nə qədər obyekt, villaları, xaricdə biznesi var. Çoxunun var.

Cənab Prezident milli kinomuzun qorunması üçün sərəncam verib. Bunun üçün o, büdcədən 6 milyon 500 min manat pul ayırıb. Bu ölkə prezidentinin kinoya verdiyi dəyərdir, sağ olsun. Amma sual olunur, bu gün Prezidentin ayırdığı milyonlarla pul gəlib kinostudiyaya çatırmı? Xeyr! O pulun heç 100 min manatı belə kinostudiyaya gəlməyib, hamısı yollarda pay-püş olunub, çapıb-talanıb. Gedib kinostudiyanın rəhbərliyi ilə bunu araşdıra bilərlər. 6 milyondan çox pul haradadır? Ydın məsələdir ki, yeyib üstündən də su içiblər.

Prezidentə də məruzə edəndə deyir ki, bu qədər pul ayırmışam büdcədən daha neyləməliyəm? Gedin, kinonu inkişaf etdirin. O pul kinostudiyaya gəlmir axı, o pulu “yeyirlər”.

Yerli seriallardan danışan sənətçi onları sərt tənqid edib:

“Cəmiyyət də gecə-gündüz bizi söyür. Elə bilirlər efirlərdə gedən keyfiyyətsiz, bayağı serialları biz çəkirik. Eybəcər ssenarilər, xalqa həqarət, özünü it gününə salan adamlar… Nə desən bu seriallarda var. Camaat da onlara baxıb tüpürür bizə. Hansı ki, bizim nə günahımız var, nəyə gücümüz çatır? Buna şərait yaradanlar kimlərdir? Xalqın əxlaqını, maddiyyatını, mənəviyyatını planlı şəkildə pis günə qoyanlar kimlərdir?! Bunu edən Puşkin, Andrey, Mixail deyil ki, elə öz içimizdə oturanlardır.

Biz oturmuşuq ancaq dini müzakirə edirik. Gör nə günə qalmışıq. Bu nədir axı? Kosmos əsrində müzakirələrin mövzusuna baxın. Camaat aya, ulduza, kosmosa getdi, bəlli oldu ki, orada toz-torpaqdan başqa heç nə yoxdur. İllərdir biz də əlimizi qaldırıb ora ibadət etmişik. Bəlli oldu ki, bunlar hamısı boş-boş şeylərdir. Din qalıb, Allah qalıb kənarda mollaların, hansısa şərəfsiz din xadimlərinin sözlərini müzakirə edirik”.