06 May 2024
Cahangir Əsgərov Ərdoğanın "bığ" zarafatından sonra imicini dəyişib belə oldu - FOTO/VİDEO

Cahangir Əsgərov Ərdoğanın "bığ" zarafatından sonra imicini dəyişib belə oldu - FOTO/VİDEO

26 Noyabr 2021
Baxış: 976

AZAL prezidenti Cahangir Əsgərovun yeni imici sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

AJMEDİA.İNFO xəbər verir ki, bir müddət öncə Füzuli aeroportunun açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı Əsgərovun bığının olmamasına işarə etmişdi.

C.Əsgərov isə “Zəngilanda olacaq” deyərək növbəti aeroportun açılışına kimi bığ saxlayacağına söz vermişdi.

Dünən AZAL-ın Müşahidə Şurasının iclasında çəkilən və qurumun səhifəsində yayımlanan fotoda isə artıq C. Əsgərovun bığ saxladığı məlum olub.