18 May 2024
"Bütün Ukrayna Rusiyaya birləşdirilsin" - Jirinovski

"Bütün Ukrayna Rusiyaya birləşdirilsin" - Jirinovski

21 Yanvar 2022
Baxış: 423

“Bütün Ukrayna Rusiyaya birləşdirilsin”.

AJMEDİA.İNFO Rusiya mediasına istinadla xəbər verir ki, bunu LDPR rəhbəri Vladimir Jirinovski deyib. O bildirib ki, “LXR” və “DXR”-in tanınması heç nəyi dəyişməyəcək və Ukraynada rusların qorunmasına kömək etməyəcək, sadəcə olaraq yeni sanksiyalara səbəb olacaq.

Kommunist Obuxov RİA Novosti-yə bildirib ki, Rusiya Federasiyası Kommunist Partiyası fevralda “LXR” və “DXR”-in tanınması ilə bağlı prezidentə müraciət layihəsinə baxmağı Dövlət Duması Şurasına təklif edəcək.

Jirinovski isə bütün Ukraynanı Rusiyaya birləşdirməyi təklif edib. O əlavə edib ki, onun partiyasının bütün üzvləri bu fikri dəstəkləyirlər.

“Liberal Demokrat Partiyasının mövqeyi ondan ibarətdir ki, bütün Ukrayna yenidən Rusiyanın tərkibinə daxil olmalıdır”, – Jirinovski bildirib.

(konkret.az)