16 May 2024
Burkina-Fasoda 60-a yaxın adam öldürülüb

Burkina-Fasoda 60-a yaxın adam öldürülüb

24 Aprel 2023
Baxış: 474

Burkina-Fasonun şimalındakı Karma kəndində ölkənin silahlı qüvvələrinin geyimində olan insanların hücumu nəticəsində 60-a yaxın adam öldürülüb.

Bu barədə “France-Presse” agentliyi yerli prokuror Lamine Kaboreyə istinadən məlumat yayıb.

Agentlik onun sözlərini sitat gətirib: “Karma kəndində 60-a yaxın insan ölkənin silahlı qüvvələrinə aid forma geymiş şəxslər tərəfindən öldürülüb”

Prokuror hücum edənlərin kənddən müxtəlif qiymətli əşyaları apardığını bildirib.

Agentliyin məlumatına görə, hadisə islamçılar olduğu iddia edilən Aorema kəndi yaxınlığındakı hücumda 6 əsgər və 34 milis əməkdaşının öldürülməsindən bir həftə sonra baş verib.

Teqlər: