19 May 2024
"Bunu Azərbaycan Ermənistana QADAĞAN EDİB"  - Armen Rüstəmyan

"Bunu Azərbaycan Ermənistana QADAĞAN EDİB" - Armen Rüstəmyan

07 Dekabr 2021
Baxış: 575

Yüksək çinli məmurlara Qarabağa getməyə icazə verilmir. Bu haqda biz Azərbaycanın bəyanatından bilirik.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri “Ermənistan” fraksiyasından deputat Armen Rüstəmyan mediaya açıqlamasında deyib.

O, Stolholmda Azərbaycan XİN başçısının məhz erməni deputatların Xankəndiyə getməsi barədə qərardan sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdən imtina etməsinə də toxunub:

“Azərbaycanlılar artıq Qarabağ probleminin mövcud olmadığı haqda təzyiqi artırırlar”.

A.Rüstəmyan Azərbaycanla Ermənistan arasında yazılı və şifahi razılaşmalar olduğunu bir daha vurğulayıb və bildirib ki, biz həmin şifahi razılaşmaların gerçəkliyi ilə üz-üzəyik.