15 May 2024
Bu telefon modellərindən istifadə edənlərin DİQQƏTİNƏ! – Məlumatlarınız OĞURLANA BİLƏR

Bu telefon modellərindən istifadə edənlərin DİQQƏTİNƏ! – Məlumatlarınız OĞURLANA BİLƏR

19 Avqust 2022
Baxış: 407

“Apple” şirkəti istifadəçilərinə xəbərdarlıq edib.

AJMEDİA.İNFO bildirir ki, qurum “iPhone”, “iPad” və “Macbook”lara təsir edən ciddi təhlükəsizlik probleminin aşkar edildiyini açıqlayaraq, istifadəçiləri cihazlarının əməliyyat sistemlərini yeniləməyə çağırıb.

Qeyd olunub ki, sistem zəifliyindən “iPhone 6S” və bütün sonrakı “iPhone” modelləri, 5-ci nəsil və sonrakı “iPad”lər, bütün “iPad Pro” və “iPad Air 2” modelləri və “macOS Monterey” ilə işləyən bütün “Mac” kompüterləri təsirlənə bilər.

“Guardian”a danışan “SocialProof Security” təhlükəsizlik şirkətinin baş direktoru Raçel Tobak deyib ki, bununla da hakerlərin cihazlara bütün inzibati girişi ələ keçirməsi və beləliklə də cihazın sahibi kimi çıxış etməsi reallaşacaq. Fəallar, jurnalistlər, ictimai şəxslərin casusluğun hədəfi ola biləcəyini qeyd edən Tobak sistemin tez bir zamanda yenilənməsinin vacibliyini vurğulayıb. “Apple” isə sistem zəifliyindən neçə istifadəçinin təsirlənəcəyi barədə məlumatı paylaşmayıb.(sfera.az)