18 May 2024
Bu şəxslərə verilən 80 manat artırılacaq - Nazirdən ŞAD XƏBƏR

Bu şəxslərə verilən 80 manat artırılacaq - Nazirdən ŞAD XƏBƏR

28 İyun 2022
Baxış: 407

İndiyədək 15 min müharibə iştirakçısı məşğulluq proqramı çərçivəsində işə cəlb edilib.

AJMEDİA.İNFO "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələcəkdə daha çox sayda müharibə iştirakçısı məşğulluq proqramı çərçivəsində işə cəlb olunacaq.

"Onlar sağlamdır və işləyə bilərlər. Biz onları işlə təmin etməyə çalışacağıq", - nazir deyib.

O eyni zamanda müharibə veteranlarına verilən 80 manatlıq müavinət məsələsinə aydınlıq gətirərək deyib ki, bu məbləğin artırılması üzərində iş gedir və sosial islahatlar çərçivəsində baxılacaq.