20 May 2024
Bu şəhərdə SU OLMAYACAQ - XƏBƏRDARLIQ!

Bu şəhərdə SU OLMAYACAQ - XƏBƏRDARLIQ!

10 Yanvar 2024
Baxış: 273

Sumqayıtın bir hissəsinə suyun verilişində fasilə yaranacaq.

AJMEDİA.İNFO xəbər verir ki, Sumqayıt Sukanal İdarəsindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran Saray 85.75 səviyyəsindən gələn d450mm-lik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq bu gün saat 21:00-dan, səhər saat 06:00-a qədər şəhərin bəzi ünvanlarında suyun verilişi dayandırılacaq.

Kəmərin su ilə təmin etdiyi 48, 50, 51-ci məhəllələrdə, 16, 17, 18, 20 və 21-ci mikrorayonların bir hissəsi və Corat qəsəbəsinin bir hissəsinə suyun verilişində fasilələr yaranacaq.