19 May 2024
“Bu rayonlarda 6-7 bal gücündə zəlzələ...” - Azərbaycanlı seysmoloqdan MÜHÜM AÇIQLAMA

“Bu rayonlarda 6-7 bal gücündə zəlzələ...” - Azərbaycanlı seysmoloqdan MÜHÜM AÇIQLAMA

20 Yanvar 2024
Baxış: 601

“Mil-Muğan iqtisadi rayonu maksimum 6-7 bal gücündə zəlzələlərin baş verə biləcəyi bir ərazidir. Zəlzələdən sonra xırda təkanlar baş verə bilər, amma qorxuya düşməyə ehtiyac yoxdur”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Referans.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, 5 baldan yuxarı zəlzələlərdən sonra xırda təkanların olması normaldır:

“Həmin ərazilər ümumiyyətlə çökmə süxurlarla doludur. Mil-Muğan iqtisadi rayonu sanki kiçik Qafqazla böyük Qafqazın arasında onların çöküntü süxurlarının yuyulub gəldiyi ərazidir. Araz çayı, Kür çayı, onun qolları yuyub gətirib və nəticədə orada çökmə süxurlardan ibarət bir ərazi yaradıb. Ümumiyyətlə, biz artıq Azərbaycan ərazisində baş verən zəlzələləri normal qarşılamalıyıq. O ərazi zatən 5-6 ballıq ərazilərdir. Elə bir qorxulu şey yoxdur”.